Bu ölkə ilk dəfə Ukraynaya hərbi yardım göndərəcəkbackend

Bu ölkə ilk dəfə Ukraynaya hərbi yardım göndərəcək

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Yaxın vaxtlarda Bolqarıstan Ukraynaya ilk dəfə hərbi yardım göndərəcək.

NOCOMMENT.az xəbər verir ki, bu barədə “Reuters” agentliyi öz mənbələrə istinadən bildirib.

Ukraynaya göndərilməsi planlaşdırılan silahların siyahısı məxfiləşdirilib. Agentliyin mənbələrinin məlumatına görə, hərbi yardım paketinə yüngül silahlar və sursatlar daxil olacaq.

Noyabrın əvvəlində Ukrayna hakimiyyəti Bolqarıstandan Rusiya istehsalı olan S-300 zenit-raket komplekslərini istəyib. Ölkənin müdafiə naziri vəzifəsini icra edən Dimitar Stoyanov bildirib ki, Bolqarıstan Ukraynaya nə S-300 hava hücumundan müdafiə sistemlərini, nə də MiQ-19 və Su-25 qırıcılarını göndərə bilməz. Onun sözlərinə görə, bu silahların tədarükü ölkənin müdafiə qabiliyyətinə pis təsir edəcək.
Modern