Bu ölkə öz qoşunlarının Ukraynaya göndərə bilərbackend

Bu ölkə öz qoşunlarının Ukraynaya göndərə bilər

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Norveçin xarici işlər naziri Espen Bart Eide krallığın çox uzunmüddətli perspektivdə öz qoşunlarını Ukraynaya göndərəcəyini istisna etməyib.

NOCOMMENT.az xəbər verir ki, bu barədə Ukraynanın “European Pravda” nəşri məlumat yayıb.

“Çox uzunmüddətli perspektivdə düşünmürəm ki, biz prinsipial olaraq nəyisə istisna etməliyik”, – deyə nazir bildirib.

O əlavə edib ki, Norveçin münaqişənin birbaşa tərəfi olmaq arzusu yoxdur. Onun sözlərinə görə, bu, dünya müharibəsinə səbəb ola bilər və Norveç bunu istəmir.

Eide həmçinin izah edib ki, Şimali Atlantika Alyansına üzv dövlətlər Ukraynaya təlimatçı və müşavirlərin göndərilməsini müzakirə edirlər, lakin döyüş birləşmələri yox.