Bu ölkə qaçqınlardan ödəniş alacaqbackend

Bu ölkə qaçqınlardan ödəniş alacaq

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Polşa parlamenti ukraynalı qaçqınlara yardım haqqında qanuna düzəlişlər təklif edən qanun layihəsini qəbul edib.

NOCOMMENT.az xəbər verir ki, yeni layihəyə görə ukraynalılardan mənzil haqqının alınması haqqında qanun təsdiqlənib.

Polşa Nazirlər Şurasının Daxili İşlər və İnzibati İşlər Nazirliyi tərəfindən hazırlanmış layihə Polşa Parlamenti tərəfindən qəbul edilib.

Müharibə qaçqınlarına ödənilən maliyyə yardımı sisteminin sərtləşdirilməsini və qaçqınlar tərəfindən kollektiv yaşayış yerlərində yaşayış xərclərinin bir hissəsinin ödənilməsini ehtiva edən qanuna görə, Polşada 120 gündən çox qalacaq hər bir ukraynalı qaçqın 8 avrodan çox olmamaq şərti ilə özü üçün çəkilən xərclərin 50 faizini ödəyəcək.

Yaşayış müddəti 180 günü keçərsə, ukraynalı qaçqınlar gündəlik 60 zlotiyi (13 avro) keçməmək şərti ilə xərclərin 75 faizini öz ciblərindən ödəyəcəklər. Əlillər, uşaqlar, təqaüdçülər, hamilə qadınlar, 12 yaşınadək uşağı olanlar, 3 uşaqlı ailələr və maddi çətinliyi olan qaçqınlar qeyd olunan yaşayış haqqından azad olunacaqlar.

Yeni qanuna görə, ukraynalı qaçqın Polşanı tərk edərsə, ona verilən yardım dondurulacaq. 30 gündən artıq müddətdə ölkədən kənarda qaldıqda isə yaşayış hüququnu və aldığı müavinətləri itirəcək.