Bu ölkədə fövqəladə vəziyyət ELAN EDİLDİ – SƏBƏBbackend

Bu ölkədə fövqəladə vəziyyət ELAN EDİLDİ – SƏBƏB

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Keniyada hökumət əleyhinə etirazlar fonunda fövqəladə vəziyyət elan edilib. 

NOCOMMENT.az xəbər verir ki, ölkənin Müdafiə Qüvvələri etirazlar fonunda polisə dəstək olmaq üçün yerləşdirilib.

Xatırladaq ki, iyunun 18-də Keniyada əlavə vergilərin tətbiqinə qarşı etirazlar başlayıb və bütün ölkəyə yayılıb. Paytaxtda və digər iri şəhərlərdə mitinqlər keçirilir.

Etirazçılar iddia edirlər ki, yenilik iqtisadiyyata ziyan vuracaq, yaşayış minimumunu artıracaq.İyunun 25-də Nayrobidə etirazçıların parlamentə daxil olması və həmçinin Nayrobi Şəhər Şurasının binasını yandırması ilə vəziyyət gərginləşib.