Bu ölkədə həddindən artıq istidə açıq havada işləmək qadağan ediləcəkbackend

Bu ölkədə həddindən artıq istidə açıq havada işləmək qadağan ediləcək

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İspaniyada solçu koalisiya hökuməti həddindən artıq isti havalarda açıq ərazilərdə işləməyi qadağan etmək qərarı alacağını açıqlayıb.

NOCOMMENT.az xəbər verir ki, bu barədə Baş nazirin müavini və əmək naziri Yolanda Diaz yerli mediaya məlumat verib.

“Şirkətlərin əməl etməli olduğu bəzi tədbirləri əmək qanunvericiliyinə tam şəkildə daxil etmək üçün bəzi qanunvericilik dəyişiklikləri edəcəyik. Onlardan biri də hava şəraitinə uyğunlaşmaq olacaq” deyə nazir qetd edib.

Diaz, həddindən artıq istilər səbəbiylə 2-ci və 1-ci dərəcəli xəbərdarlıqlar (narıncı və qırmızı həyəcan) zamanı işçilərin sağlamlığını riskə atmamaq üçün açıq yerlərdə işləməyi qadağan edəcək təcrübələr tətbiq edəcəklərini bildirdi.

NOCOMMENT.AZ