Bu ölkədə maskanı düzgün taxmamağa görə cərimə tətbiq olunacaqbackend

Bu ölkədə maskanı düzgün taxmamağa görə cərimə tətbiq olunacaq

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Macarıstan paytaxtının və Mişkolts şəhərinin hökumət orqanları bələdiyyə ictimai nəqliyyatından istifadə zamanı qoruyucu maskanın olmamasına görə cərimənin məbləğini artırıblar.

NOCOMMENT.az xəbər verir ki, indi qanunu pozanlar əvvəlkindən 50 faiz çox pul ödəməli olacaqlar.

Həmçinin bildirilir ki, cərimələr yalnız maskanın olmamasına görə deyil, həm də onların düzgün taxılmamasına görə tətbiq olunacaq. Yeri gəlmişkən, əgər maska üzə taxılıb, burunu örtməyəcəksə, o zaman maskanın olmaması halı kimi eyni məbləğdə cərimə ödəniləcək. Beləliklə, maskanın düzgün geyinilməməsi onun olmamasına bərabər tutulur.
AZƏRTAC