Bu ölkədə meymunçiçəyindən ilk ölüm faktı qeydə alındıbackend

Bu ölkədə meymunçiçəyindən ilk ölüm faktı qeydə alındı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Kubada meymunçiçəyi infeksiyasından ilk ölüm faktı qeydə alınıb.

NOCOMMENT.az xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi bildirib.

Qeyd olunur ki, bir neçə gün Kubaya gəlmiş 50 yaşlı italiyalı turist xəstəlikdən vəfat edib. Bu, həm də Kubada qeydə alınmış yeganə meymunçiçəyi faktı olub.

Nazirliyin məlumatına əsasən, həmin şəxslə təmasda olmuş bir neçə nəfər təcrid olunub, onlarda xəstəliyin simptomları aşkar edilməyib.

Xatırladaq ki, bu günə qədər meymunçiçəyindən ölüm Afrika ölkələri ilə yanaşı İspaniya, Braziliya və Hindistanda qeydə alınıb.

Trend