Bu qan qrupu olan analar ən ağıllı uşaqları dünyaya gətirirlərbackend

Bu qan qrupu olan analar ən ağıllı uşaqları dünyaya gətirirlər

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Hansı anaların övladlarının daha ağıllı olduğu məlum olub. Araşdırmanı Stenford Universitetinin (ABŞ) Uşaq Sağlamlığı Mərkəzinin alimləri aparıb.

NOCOMMENT.az Lent.az-a istinadən xəbər verir ki,  ən yüksək IQ-ya malik uşaqları birinci qan qrupu olan qadınlar doğur.

Mütəxəssislərin fikrincə, bu, birinci qan qrupu olan anaların uşaq sahibi olmaq şansının aşağı olması ilə izah olunur, çünki yumurtaların sperma keyfiyyətinə daha yüksək tələbləri var. Əgər hamilə qalmağı bacarırsansa, bu, ən yaxşı “materialdan”dır.

Nəticədə birinci qan qrupu olan anaların körpələri sağlam doğulur və xarici şəraitə daha yaxşı uyğunlaşırlar. Alimlər həmçinin iddia edirlər ki, onların beyinləri çevikdir, həm də yüksək bədən koordinasiyasına və yüksək IQ-ya malikdir. Bundan əlavə, belə uşaqlar çox istedadlıdırlar və musiqi, ədəbiyyat və humanitar elmlərdə böyük uğurlar qazanırlar.