Bu rayonda mindən çox sakin qazsız qaldıbackend

Bu rayonda mindən çox sakin qazsız qaldı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Xaçmaz rayonu, Xudat şəhəri ərazisində qarlı hava şəraitində idarəetmədən çıxan avtomobil qaz şəbəkəsinə də ziyan vurub.

NOCOMMENT xəbər verir ki, bu barədə “Azəriqaz”ın mətbuat xidmətindən məlumat verilib.

Belə ki, 3 kənddə xidmət göstərən diametri 57 mm olan qaz xəttini minik avtomobili zədələyib. Mindən çox abonentin qaz təchizatında müvəqqəti fasilə yaranıb. Xaçmaz Regional Qaz İstismarı İdarəsinin əməkdaşları təcili tədbirlər görür ki, qazın verilişi tez bir zamanda təmin edilsin.