Bu rayonda qızılcaya yoluxma aşkarlandı – Rəsmibackend

Bu rayonda qızılcaya yoluxma aşkarlandı – Rəsmi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Mingəçevirdə qızılcaya yoluxma halları aşkarlanıb.
NOCOMMENT Bakupost.az-a istinadən xəbər verir ki, bu barədə  TƏBİB-dən məlumat verilib.
Bildirilib ki, Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasının müvafiq şöbəsində qızılca diaqnozu qoyulan və digər ağırlaşmalarla müşahidə olunan 4 nəfərin müalicəsi davam etdirilir.
Onlara zəruri tibbi xidmətlər göstərilir, vəziyyətləri orta ağırdır.
Xatırladaq ki, həmsərhəd ölkələrdən 2023-cü ilin aprel ayından başlayaraq gətirilmə qızılca hadisələri ilə əlaqəli olaraq, əhali arasında xəstəliyin sporadik yayılma halları qeydə alınıb:
Yoluxma, əsasən, uşaqlar arasında müşahidə edilir. Ötən dövr ərzində ölkə ərazisində 284 qızılca hadisəsi qeydə alınıb. Təsdiq olunan hadisələrin yalnız 12%-i (35 nəfər) yaşlı insanlar arasında olub.