Azərbaycan Yazıçılar Birliyinin (AYB) bir qrup üzvünə Prezident təqaüdü verilib.
NOCOMMENT.az xəbər verir ki, bu, birlikdə təmsil olunan 20 nəfər gənc şair və yazıçıya şamil edilib.
AYB-nin Mətbuat xidmətinin rəhbəri Xəyal Rza məlumatı saytımıza təsdiqləyib.
“Bəlli yaşda olan 20 nəfər gənc şair və yazıçıya Prezident təqaüdü təyin olunub. Bu say standart olaraq 20 nəfərdir”, – o vurğulayıb.
Prezident təqaüdünə layiq görülənlərin kimliyinə gəlincə, mətbuat katibi deyib ki, AYB həmin siyahını açıqlamır.
Qeyd edək ki, təqaüd 1 illik təyin olunur. Məbləğ isə aylıq 200 manatdır./Yeni Sabah/










