Bu şəxslərə ŞAD XƏBƏR: 100-150 manat arasında əlavələr veriləcəkbackend

Bu şəxslərə ŞAD XƏBƏR: 100-150 manat arasında əlavələr veriləcək

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Qarabağ Universitetinə qəbul olan tələbələrin yerləşdirilməsi prosesinə sentyabrın 15-16-dan başlanılacaq”.

NOCOMMENT.az xəbər verir ki, bunu Elm və Təhsil naziri Emin Əmrullayev jurnalistlərə açıqlamasında bildirib.

O əlavə edib ki, universitetdə ilk tədris ili olduğu üçün birinci həftə tanışlıq həftəsi olacaq:

“Tədris sentyabrın 23-dən etibarən başlayacaq. Bu oxşar təcrübə Türkiyə-Azərbaycan Universitetində də tətbiq olunacaq”.

Nazir qeyd edib ki, əlavə təqaüdlərlə bağlı tələbələrin qeydiyyatının başa çatmasını gözləyirik:

“Artıq 99 faiz tələbənin qeydiyyatı başa çatıb, imtina yoxdur. Tələbələrin hər biri təqaüdlə təmin olunacaq. Tədris ili başladıqdan sonra tələbələrə 100-150 manat arasında əlavə təqaüdlər veriləcək. Eyni zamanda bəzi özəl şirkətlər də prosesə qoşularaq tələbələrə əlavə təqaüdlərin verilməsi təşəbbüsünü göstəriblər”.