Bu şirkətə məxsus plastik qablarda satılan içməli su krandan doldurulur – İDDİA – VİDEObackend

Bu şirkətə məxsus plastik qablarda satılan içməli su krandan doldurulur – İDDİA – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Plastik qablarda satılan içməli suların krandan doldurulduğu iddia edilir… Görüntülər sosial şəbəkələrdə yayılıb…

NOCOMMENT.az xezerxeber.az-a istinadən xəbər verir ki, görüntülərdə o da iddia edilir ki, sözügedən sex Ramana qəsəbəsi, Şuşa şəhərciyi adlanan ərazidə fəaliyyət göstərən “Duru Su” adlı su istehsalı sexidir.

Paytaxt sakinlərinin bir qismi plastik qablarda satılan sulara güvəndiklərini, bəziləri isə bu məhsuldan istifadə etmədiklərini deyirlər.

Məsələyə münasibər öyrənmək üçün sözügedən müəssisə ilə əlaqə saxlamağa çalışdıq. Lakin zənglərə cavab verilmədi. Qida Təhlükəsizliyi Agentliyindən isə “Xəzər Xəbər”ə bildirildi ki, “Duru Su” müəssisəsi ilə bağlı yayılan görüntülər araşdırılır. O da qeyd edilib ki, həmin müəssisədə Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları tərəfindən bu ilin iyul və avqust aylarında yoxlamalar keçirilib. Yoxlama zamanı obyektdə sanitar-texniki və sanitar-gigiyenik tələblərin pozulduğu məlum olub. Sahibkara verilən müddət ərzində nöqsanları aradan qaldırıb. Su qablarının dolumdan əvvəl müvafiq avadanlıqda təmizlənməsi, dolumun aparatlar vasitəsilə həyata keçirilməsi, o cümlədən məhsulun etiketlənməsinin qanunvericiliyin tələblərinə uyğunlaşdırılması təmin edilib. Həmçinin, məhsuldan təkrar götürülən nümunənin sınaq nəticələri uyğun olub. Agentliyin mütəxəssisləri tərəfindən yenidən müəssisəyə baxış keçirilərək, fəaliyyətin tələblərə uyğunluğu bir daha qiymətləndiriləcək.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.