Bu tarixi abidələr Tərtər rayonunun tabeliyinə verildi – QƏRARbackend

Bu tarixi abidələr Tərtər rayonunun tabeliyinə verildi – QƏRAR

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Baş nazir Əli Əsədov Nazirlər Kabinetinin “Azərbaycan Respublikası ərazisində dövlət mühafizəsinə götürülmüş daşınmaz tarix və mədəniyyət abidələrinin əhəmiyyət dərəcələrinə görə bölgüsünün təsdiq edilməsi haqqında” qərarında dəyişiklik edilməsi barədə qərar imzalayıb.

NOCOMMENT.az xəbər verir ki, qərara əsasən, “Yerli əhəmiyyətli daşınmaz tarix və mədəniyyət abidələrinin siyahısı”nın “Memarlıq abidələri” bölməsinə dəyişiklik edilib.

Dəyişikliklə Kəlbəcər rayonundakı Kilsə (1898-ci il Suqovuşan kəndi), Ağdam rayonundakı Yegiş Arakel Məbədi (XII əsr Suqovuşan kəndi) və Körpü (Suqovuşan kəndi) memarlıq abidələri Tərtər rayonu ərazisinə daxil edilib.