Proqramın budəfəki buraxılışında bəzi sənət adamlarının mədəniyyət tədbirlərindən kənarlaşdırılması ilə bağlı müzakirə aparılıb.
NOCOMMENT.az xəbər verir ki, kamança ifaçısı Şəhriyar Musayev müzakirə zamanı Mədəniyyət Nazirliyinin media və kommunikasiya şöbəsinin müdiri Aynur Kərimovaya iradını bildirib.
“Kamança sənətində bu qədər nüfuzu, nailiyyəti olan birinə Mədəniyyət Nazirliyinin hansı dəstəyi olub? Mən öz brendimi formalaşdırana qədər niyə zülm çəkməli idim və mənə maneələr olmalı idi?!” – deyə o soruşub.
Daha ətraflı videomaterialda:













