Bu yollarda tıxac var – SİYAHIbackend

Bu yollarda tıxac var – SİYAHI

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bakı Nəqliyyat Agentliyi paytaxtda tıxac olan küçə və prospektlərin adlarını açıqlayıb.

NOCOMMENT xəbər verir ki, hazırda Alı Mustafayev küçəsində (20 Yanvar dairəsindən Ziya Bünyadov prospekti istiqamətində) sıxlıq müşahidə olunur.

Tıxac olan digər yollar:

Ziya Bünyadov prospekti: Abdulvahab Salamzadə küçəsi, tunelin içi və kənar yol – hər iki istiqamətdə;
Rəşid Behbudov küçəsi: Xəqani küçəsi ilə kəsişmədən Mərkəzi Bankın qarşısına qədər;
Bakı-Sumqayıt şosesi: şəhər istiqamətində;
Babək prospekti: Yusif Səfərov küçəsi istiqamətində;
Mikayıl Hüseynov prospekti: Azneft dairəsi istiqamətində;
Heydər Əliyev prospekti: əsas və kənar yol Atletlər kəndinin qarşısı mərkəz istiqamətində;
Koroğlu Rəhimov küçəsi: Həsən Əliyev küçəsi istiqamətində.