Bunu etsəniz, balansınıza 20 AZN köçürüləcək – Şirkətdən qəribə elan/FOTObackend

Bunu etsəniz, balansınıza 20 AZN köçürüləcək – Şirkətdən qəribə elan/FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Paytaxtda fəaliyyət göstərən daşıyıcı şirkətlərdən məxsus avtobuslardan birində yerləşdirilən elan sosial şəbəkələrdə müzakirələrə səbəb olub.

NOCOMMENT.az xəbər verir ki, daşıyıcı şirkətin rəhbərliyi tərəfindən avtobusa yapışdırılan elanda deyilir ki, kim avtobusda kartdan istifadə etməyən, sərnişinlərdən nağd pul alan zaman sürücünün videosunu çəkib qeyd olunan nömrəyə atarsa, onun balansına 20 AZN köçürüləcək.

Sözügedən elan vətəndaşlar tərəfindən birmənalı qarşılnmayıb. Bir çox sosial şəbəkə istifadəçisi paylaşım edərək, bu cür rəftarın doğru olmadığını bildirib.

Məsələ ilə bağlı Bakı Nəqliyyat Agentliyindən bildirilib ki, bu cür elanların yerləşdirilməsi doğru deyil:

“Elanın “Vətən” firmasının müvəqqəti istismarında olan 26 nömrəli müntəzəm marşrut xətti üzrə avtobusda olduğu müəyyən edilib. Daşıyıcı firmanın məsul şəxsi Kənan Usubovla əlaqə saxlanılaraq bununla bağlı irad bildirilib və dərhal yığışdırılması tapşırılıb. Eyni zamanda bir daha bildirmək istərdim ki, nağdsız ödəniş sisteminə inteqrasiya olunan avtobuslarda gediş haqqının nağd formada ödənilməsi qadağandır. Bu məsələdə sərnişinlər də diqqətli olmalıdır və gediş haqqının ödənişini BakıKart-la etməlidirlər” – açıqlamada bildirilib./Ölkə.Az