Buraxılış imtahanlarında zəif nəticə göstərən rayonlar – SİYAHIbackend

Buraxılış imtahanlarında zəif nəticə göstərən rayonlar – SİYAHI

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bakıda buraxılış imtahanları üzrə ən zəif nəticəni Qaradağ rayonu göstərib.

NOCOMMENT xəbər verir ki, bunu Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) müdiri Mehriban Vəliyeva təhsil işçilərinin sentyabr konfransında çıxışı zamanı deyib.

Onun sözlərinə görə, IX siniflərin buraxılış imtahanlarında riyaziyyat və xarici dil fənlərində geriləmə qeydə alınıb.

“4 rayonda nəticələr aşağı olub. Bunlar Sabunçu, Qaradağ, Xəzər və Pirallahı rayonlarıdır. Yeni tədris ilində əsas diqqətləri məhz həmin məktəblərə yönəldəcəyik”, – deyə Mehriban Vəliyeva vurğulayıb.