Burkina-Fasoda silahlılar 170-ə yaxın sakini öldürübbackend

Burkina-Fasoda silahlılar 170-ə yaxın sakini öldürüb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Burkina-Fasonun şimalında üç kənddə silahlılar 170-ə yaxın sakini öldürüb.

NOCOMMENT.az report-a istinadən xəbər verir ki, bu barədə Uahiquya rayon prokuroru Əli Benjamin Kulibali məlumat verib.

Onun sözlərinə görə, hadisələr Komsilqa, Nodin və Soroe kəndlərində baş verib.

O bildirib ki, hücum haqqında ilk dəfə fevralın 25-də məlumat verilib. Hazırda kəndlərə basqın edən silahlıların hansı qruplaşmaya aid olduğu müəyyənləşdirilir.