Bütün gözlər Türkiyədə! Ərdoğan yoxsa Kılıçdaroğlu?backend

Bütün gözlər Türkiyədə! Ərdoğan yoxsa Kılıçdaroğlu?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Prezident seçkilərinin ikinci turunda prezident Rəcəb Tayyib Ərdoğan və CHP sədri Kamal Kılıçdaroğlu qarşı-qarşıya gələcək. Siyasi səhnənin qızışdığı bir vaxtda xarici mətbuat və media qurumları Türkiyəni diqqətlə izləyir. Xüsusilə, Qərb media nəhənglərinin gözü və qulağı Türkiyədən gələn xəbərlərə çevrilir.

NOCOMMENT xəbər verir ki, Türkiyədə ikinci tur prezident seçkiləri üçün sabah sandıq başına gedəcək.

Milyonlarla seçici prezident Rəcəb Tayyib Ərdoğan və CHP sədri Kamal Kılıçdaroğlu arasında seçim edəcək.

Türkiyə seçkilərə getməyə hazırlaşarkən, beynəlxalq mətbuat və media qurumları Türkiyəni izləyir.