Oğuzda buzlu yol qəzaya səbəb olub.
NOCOMMENT.az -ın bölgə müxbiri xəbər verir ki, hadisə Qaraməryəm-İsmayıllı-Şəki magistral yolunun rayonun Padar kəndi ərazisindən keçən hissəsində baş verib.
Belə ki, hərəkətdə olan 2 “Mercedes” markalı avtomobil idarəetmədən çıxaraq toqquşub. Qəzadan sonra avtomobillərdən biri sürüşərək yol kənarına düşüb. Qəza nəticəsində avtomobillərə ciddi ziyan dəyib.
Məlumata görə, qəzaya magistral yolun buzlu olması səbəb olub.

Turab













