“Canıyev cinayət dəstəsi”nin rəhbəri İstanbulda həbs olundubackend

“Canıyev cinayət dəstəsi”nin rəhbəri İstanbulda həbs olundu

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpolun axtarışda olan “Kölgə” ləqəbli Quram Çixladze İstanbulun Küçükçekmece rayonunda saxlanılıb.

NOCOMMENT.az Unikal-a istinadla xəbər verir ki, bu barədə Türkiyənin “Aydınlık” qəzeti məlumat yayıb.

Q. Çixladzenin Beşiktaşda silahlı basqın nəticəsində öldürülən azərbaycanlı “qanuni oğru” Rövşən Canıyevin qardaşı Namiq Canıyevin rəhbərlik etdiyi “Canıyev cinayət dəstəsi” kimi tanınan qruplaşmanın rəhbərlərindən biri olduğu müəyyən edilib.

Gürcüstan əsilli “qanuni oğru”nun Rusiyada bir çox qətl cinayətlərinin icraçısı olduğu üçün İnterpol vasitəsilə Rusiya səlahiyyətliləri tərəfindən həbs qərarı çıxarıldığı öyrənilib.

Quram Çixladze polis bölməsindəki prosedurlardan sonra təhvil verildiyi məhkəmə orqanları tərəfindən həbs edilərək həbsxanaya göndərilib.