Çavuşoğlu Azərbaycan xalqını Müstəqillik Günü münasibətilə təbrik etdi – FOTObackend

Çavuşoğlu Azərbaycan xalqını Müstəqillik Günü münasibətilə təbrik etdi – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Azərbaycan xalqını 28 May – Müstəqillik Günü münasibətilə təbrik edib.

NOCOMMENT.az xəbər verir ki, bu barədə XİN rəhbəri “Twitter” hesabında paylaşım edib.

“Bir kərə yüksələn bayraq, bir daha enməz!

Can Azərbaycanın Müstəqillik Günü qutlu olsun! Azərbaycanlı qardaşlarımızı ən səmimi diləklərimlə salamlayır, müstəqillik yolunda şəhid olan qəhrəmanları rəhmət və hörmətlə yad edirəm”, – deyə M.Çavuşoğlu bildirib.