“Çayxor”ların nəzərinə: Qaynar çay XƏRÇƏNG YARADIRbackend

“Çayxor”ların nəzərinə: Qaynar çay XƏRÇƏNG YARADIR

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Çay ölkəmizdə ən çox istehlak edilən içkilərdəndir. Ölkə olaraq çayı isti və sürətlə içmək kimi vərdişimiz var. Lakin çoxlarımız qaynar çayın selikli qişanı yandırdığından, beləliklə, ağız nahiyəsində xərçəng riskini 3 dəfə artırdığından məlumatsızıq.

NOCOMMENT.az Pravda.az-a istinadən xəbər verir ki, türkiyəli tanınmış professor Oğuz Kösə “çayxor”lara çayı çox isti deyil, bir az soyuq içməyi tövsiyə edib

Onun sözlərinə görə, Çin və Amerikada aparılan araşdırmalardan məlum olub ki, isti və intensiv şəkildə istehlak edilən çay ağız və boğaz selikli qişasına xroniki ziyan vurur, gələcəkdə baş-boyun bölgəsinin xərçəngə tutulma riskini artırır.

Professor çayın 15 dəqiqədə dəmlənməsini və yarım saat ərzində içilməsini tövsiyə edib: “Çay tərkibində güclü antioksidanlar olan qiymətli milli içkidir. Diqqətli olsaq, onu ilıq və təzə içsək, çaydan aldığımız həzzi artıra bilərik”.