Çempionlar Liqası: “Real Madrid” “Bavariya”nı məğlub edərək finala yüksəlibbackend

Çempionlar Liqası: “Real Madrid” “Bavariya”nı məğlub edərək finala yüksəlib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

UEFA Çempionlar Liqasında yarımfinal mərhələsində sonuncu cavab qarşılaşması baş tutub.

NOCOMMENT.az apa-ya istinadən xəbər verir ki, İspaniyanın “Real Madrid” komandası Almaniya nəhəngi “Bavariya”nı qəbul edib.

Gərgin keçən qarşılaşmada kral klubu rəqibini 2:1 hesabı ilə məğlub edərək finala yüksəlib.

Qeyd edək ki, komandaların birinci qarşılaşması 2:2 hesabı ilə yekunlaşmışdı.

“Real Madrid” finalda Almaniyanın digər təmsilçisi “Borussiya Dortmund” ilə qarşılaşacaq.