Ceff Bezos 2 milyard dollarlıq Amazon səhmlərini satdıbackend

Ceff Bezos 2 milyard dollarlıq Amazon səhmlərini satdı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Amazon”un qurucusu Ceff Bezos bu həftə son 3 ildə ilk dəfə şirkətin səhmlərinin bir hissəsini satıb.

NOCOMMENT.az xəbər verir ki, bu barədə “Forbes” məlumat yayıb.

Nəşr qeyd edir ki, Bezos Amazon səhmlərinin təqribən 10%-nə – 976 milyona sahibdir. Bunlardan o, təxminən 1%-i – 12 milyon səhm satıb. Əməliyyatların ümumi dəyəri 2 milyard dollardan bir qədər çox olub.

Nəşrin məlumatına görə, sahibkar iki ildən artıq müddətdə ilk dəfə şirkətin qiymətli kağızlarını satır ki, bu da Bezosun əlverişli vergi şərtlərinin mövcud olduğu Mayamiyə köçməsi fonunda baş verir.

Forbes nəşrinin proqnozlarına görə, tanınmış milyarderin xalis sərvəti 199,5 milyard dollar dəyərindədir.