Cəlilabadda qadın qaynı tərəfindən öldürülübbackend

Cəlilabadda qadın qaynı tərəfindən öldürülüb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Cəlilabad rayonunda bıçaqlanma hadisəsi baş verib.

NOCOMMENT report-a istinadən xəbər verir ki, hadisə rayonun Qarakazımlı kəndində qeydə alınıb, hadisəyə mülk üstə düşən mübahisə səbəb olub.

Belə ki, mübahisə nəticəsində rayonun Qarakazımlı kənd sakini 1973-cü il təvəllüdlü Südabə Əlixan Həsənova qaynı, 1976-ci il təvəllüdlü Mehdi Dədəxan Həsənov tərəfindən bıçaqla qətlə yetirilib.

Həmin vaxt M.Həsənov da bıçaq xəsarətləri alıb. Mehdi Həsənov şübhəli şəxs qismində saxlanılıb.

Faktla bağlı araşdırmalar davam etdirilir.