Qax, Zaqatala və Balakən rayonlarında qeyri-sabit hava şəraiti nəticəsində Qax–Balakən sahəsində dəmiryol infrastrukturuna dəymiş zərərin aradan qaldırılması istiqamətində işlər davam etdirilir.
NOCOMMENT.az xəbər verir ki, təhlükəsizlik məqsədilə 1 avqust tarixinə qədər Bakı–Balakən qatarları Qax stansiyasına qədər hərəkət edəcək. Balakən–Bakı qatarları isə Qax stansiyasından hərəkətə başlayacaq.
Yolun təm bərpası və qatarların təhlükəsiz hərəkətinin təmin edilməsi məqsədilə 1 avqustdan Bakı-Balakən-Bakı reysləri müvəqqəti dayandırılacaq.
Bu marşrut üzrə 1-13 avqust tarixləri üçün bilet almış sərnişinlərə biletlərin dəyəri tam şəkildə qaytarılacaq.
Mövzu ilə bağlı ictimaiyyətə əlavə məlumat veriləcək.










