1200 illik məbəd külə döndü

1200 illik məbəd külə döndü

Yaponiyanın ən müqəddəs tarixi abidələrindən biri sayılan və min ildən çox tarixi olan qədim məbəd tamamilə yanaraq məhv olub. Hadisə nəticəsində məbədin daxilində qorunan və bəşəriyyət üçün unikal tarixi əhəmiyyət kəsb edən "əbədi alov" da sönmək təhlükəsi ilə üz-üzə qalıb.

NOCOMMENT.az xəbər verir ki, qədim dini kompleksin daxilində yerləşən "Reykado" zalında 1200 ildən artıqdır fasiləsiz olaraq yandırılan və xüsusi nəzarətlə qorunub saxlanılan müqəddəs alov saxlanılırdı.

Bu alov o qədər güclü mühafizə olunub ki, hətta İkinci Dünya Müharibəsi zamanı ABŞ ordusunun Xirosimaya atdığı dağıdıcı nüvə zərbəsindən və onun yaratdığı fəsadlardan belə sağ çıxmağı bacarmışdı.

Məbəddə baş verən güclü yanğının səbəbləri və tarixi alovun tamamilə sönüb-sönmədiyi barədə rəsmi qurumlar tərəfindən genişmiqyaslı araşdırmalara başlanılıb. Baş vermiş hadisə Yaponiya ictimaiyyətində və mədəniyyət dünyasında böyük üzüntü ilə qarşılanıb.