İsrail ordusunun qüvvələri Qəzza zolağının şimalında HƏMAS-ın istehsal mərkəzinin şöbə rəhbəri Firas əl-Mazrini zərərsizləşdirib.
NOCOMMENT.az xəbər verir ki o, təşkilatın hərbi imkanlarını bərpa etmək səyləri çərçivəsində silah istehsalı ilə məşğul olub.
Bundan əlavə, anklavın həmin hissəsində HƏMAS-ın elit xüsusi təyinatlı bölməsinin üzvü Məhəmməd Əbu Şakiyan da məhv edilib. Son aylarda onların İsrail hərbçilərinə və mülki şəxslərə qarşı hücum planları hazırladıqları bildirilir.
Sara,
NOCOMMENT.az











