“Arzum”un qəza anı ilə bağlı yeni ŞOK videosu: Qaçdığı deyilirdi, amma…

“Arzum”un qəza anı ilə bağlı yeni ŞOK videosu: Qaçdığı deyilirdi, amma…

Ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi səbəbilə həbs cəzası alan "tiktoker" İlduzə Hacıyevanın (Arzum) qəza günü ilə bağlı indiyədək gizli qalan görüntüləri üzə çıxıb.

NOCOMMENT.az xəbər verir ki, yayılan həmin kadrlarda blogerin hadisədən dərhal sonra mobil telefonu ilə canlı yayıma çıxdığı və təcili tibbi yardım xidmətinə müraciət etməyə çalışdığı görünür. Qeyd edək ki, qəzadan dərhal sonra İlduzə Hacıyevanın hadisə yerini tərk etməsi ilə bağlı kütləvi iddialar irəli sürülmüşdü, lakin yeni görüntülər bu məqamı yenidən gündəmə gətirib.

Xatırlatma üçün bildirək ki, faciə ötən ilin iyununda Bakının Mərdəkan qəsəbəsində qeydə alınıb.

"Changan" markalı maşınla hərəkətdə olan İlduzə Hacıyeva sola dönmək istəyərkən, arxadan yaxınlaşan "Mercedes"lə toqquşub. Zərbənin şiddəti o qədər güclü olub ki, "Mercedes" idarəetməni itirərək maneəyə çırpılıb və bir neçə dəfə çevrilib. Nəticədə 29 yaşlı sürücü Amal Məlikov olay yerindəcə dünyasını dəyişib, onun xanımı Sənubər Muradova isə çoxsaylı ağır bədən xəsarətləri alıb.

Məhkəmənin qərarı ilə İlduzə Hacıyeva 5 il 2 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilib. Hökm oxunan zaman məhkəmə zalında həbs olunan bloger cəzasını çəkmək üçün müvafiq cəzaçəkmə müəssisəsinə göndərilib.