Ayaz Mustafayev: "Space TV-dəki problemlərin səbəbi səriştəsiz idarəetmə olub"

Ayaz Mustafayev: "Space TV-dəki problemlərin səbəbi səriştəsiz idarəetmə olub"

REAL TV-də yayımlanan "Media Masası" verilişinin iyulun 29-u saat 21:00-da efirə gedəcək buraxılışının anonsu təqdim olunub.

NOCOMMENT.az xəbər verir ki, anonsda proqramın qonaqlarından biri olan Space TV-nin baş direktoru Ayaz Mustafayev kanalda son dövrlər yaşanan problemlərlə bağlı diqqətçəkən açıqlamalar verib.

Verilişdə uzun müddətdir müzakirə olunan əməkhaqqı problemi ilə bağlı "Bu problem həllini tapıbmı?" sualına cavab verən Ayaz Mustafayev bildirib ki, Space TV-də səriştəsiz idarəetmə, yanlış addımlar və səhv qərarlar səbəbindən bir sıra problemlər yaranıb və bu məsələlər ictimailəşib.

Bununla yanaşı, o vurğulayıb ki, bütün çətinliklərə baxmayaraq, kanalın hazırladığı kontent geniş auditoriyanın diqqətini cəlb etməyi bacarıb.

Verilişdə Space TV-nin əvvəlki reytinqini bərpa edib-edə bilməyəcəyi ilə bağlı suala cavab verən baş direktor bildirib:

"Space TV-nin zədələnmiş reputasiyasını bərpa etmək üçün buradayıq."

Qeyd edək ki, "Media Masası" verilişinin sözügedən buraxılışı iyulun 29-da saat 21:00-da REAL TV-də yayımlanacaq.