Sumqayıtda ekoloji həyəcan: Zavoddan göyə qalxan qatı qara tüstü sakinləri narahat etdi - VİDEO

Sumqayıtda ekoloji həyəcan: Zavoddan göyə qalxan qatı qara tüstü sakinləri narahat etdi - VİDEO

Sumqayıt şəhərində yerləşən sənaye müəssisələrindən birinin ərazisindəki boru kəmərindən (məşəl sistemindən) güclü alov və qatı qara tüstü göyə qalxıb. Hadisə zamanı müşahidə olunan sıx tüstü şəhərin müxtəlif istiqamətlərindən aydın görünərək sakinlərin narahatlığına səbəb olub.

NOCOMMENT.az-ın məlumata görə, insident Sumqayıt Etilen Polietilen Zavodunda baş verib.

Mütəxəssislərin bildirdiyinə görə, sənaye müəssisələrində bu cür halların yaranması texnoloji proseslər, planlı təmir işləri və ya qazların təhlükəsiz şəkildə yandırılması məqsədilə məşəl sistemindən istifadə olunması ilə əlaqədar ola bilər.

Hadisə ilə bağlı aidiyyəti qurumlar tərəfindən hələ ki rəsmi açıqlama verilməyib. Məsələ ilə bağlı qurumların mövqeyini dərc etməyə hazırıq.