Azərbaycanda bu ətin istehsalı artırılacaq

Azərbaycanda bu ətin istehsalı artırılacaq

Quşçuluq sektorunun inkişafı məqsədilə yeni müasir quşçuluq təsərrüfatlarının yaradılması, mövcud müəssisələrin modernləşdirilməsi, müasir kəsimxanaların qurulması və damazlıq işinin təşviqi nəzərdə tutulur.

NOCOMMENT.az xəbər verir ki, bunu Kənd Təsərrüfatı Nazirliyində keçirilən mətbuat konfransında kənd təsərrüfatı nazirinin müavini Zaur Əliyev deyib.

Nazir müavini həmçinin qeyd edib ki, kommunal xidmətlərə qoşulma xərclərinin subsidiyalaşdırılması planlaşdırılır. Bu tədbirlər nəticəsində 2030-cu ilədək quş əti istehsalının təxminən 30% artırılması və özünütəminetmə səviyyəsinin yüksəldilməsi hədəflənir.

Qeyd edək ki, mətbuat konfransı kənd təsərrüfatı məsələlərinə həsr olunmuş müşavirədə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin verdiyi tapşırıqların icrası və Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026−2030-cu illər üçün Dövlət Proqramındən irəli gələn məsələlərə həsr olunub.


Gülər,
NOCOMMENT.az