Türkiyədə bir neçə çimərlikdə dənizə girmək qadağan edildi

Türkiyədə bir neçə çimərlikdə dənizə girmək qadağan edildi

Türkiyənin Sakarya vilayətində əlverişsiz hava şəraiti səbəbindən bəzi çimərliklərdə dənizə girmək müvəqqəti olaraq qadağan olunub.

NOCOMMENT.az xəbər verir ki, qərar Karasu, Kocaeli və Kaynarca rayonlarının sahil zolaqlarını əhatə edir.

Məlumata görə, güclü külək, yüksək dalğalar və təhlükəli dəniz cərəyanları insanların həyatı üçün risk yaratdığından yerli hakimiyyət orqanları çimərliklərdən istifadəyə məhdudiyyət tətbiq edib.

Sakinlərə və turistlərə təhlükəsizlik qaydalarına əməl etmək, xilasedici xidmətlərin xəbərdarlıqlarını nəzərə almaq tövsiyə olunub.