Azərbaycanda daha iki kiçik su elektrik stansiyası tikiləcək

Azərbaycanda daha iki kiçik su elektrik stansiyası tikiləcək

Azərbaycanda daha iki kiçik su elektrik stansiyası (KSES) tikiləcək.

NOCOMMENT.az xəbər verir ki, bu barədə “Azərnerji” ASC-dən məlumat verilib.

Bildirilib ki, Çardaqlı-1 və Çardaqlı-2 KSES-lərinin tikintisi ilə bağlı hazırlıqlara başlanılıb.

Tikinti işlərinə 43,5 milyon manat vəsaitin sərf olunacağı proqnozlaşdırılıb.

“Azərnerji” KSES-lərin tikinti işlərini həyata keçirəcək şirkət axtarışındaşır. ( İqtisadiyyat.az)