Əməkdar artist Könül Kərimova gənc ifaçıların yaşlı sənətkarlara münasibətini tənqid edib.
NOCOMMENT.az xəbər verir ki, müğənni bu barədə "Günorta efirdəyik" verilişində danışıb:
"Bir az böyük-kiçik bilin. Böyükləri görəndə necə, hansı tonda danışmaq lazım olduğunu öyrənin. Bunu evdən öyrənib efirə gəlin. Hər kəs öz yaşıdları ilə uyğunlaşıb danışmalıdır. Dünən çıxan gənclər neçə ilin sənətkarına dil uzatmağa, yersiz söz deməyə başlayırlar. Bu, düzgün deyil. Ümumiyyətlə, hər şey insanın ailədən aldığı tərbiyədən irəli gəlir. Ona görə də çox heyif. Biz belə görməmişik, belə öyrənməmişik.
Olub ki, hansısa sözə görə incimişəm, içimdə küskünlük olub. Amma böyüklərimiz, ustadlarımız qarşıma çıxanda bunu heç vaxt hiss etdirməmişəm. Görmüşəm ki, uzaqdan gəlirlər, onlar yanıma çatana qədər ayağa qalxıb gözləmişəm". (Axşam.az)











