Bu gün günorta saatlarında Laçın rayonu ərazisində qısamüddətli yağıntılı hava şəraiti müşahidə olunub. Başlayan yağış daha sonra yerini doluya verib və ərazi bir müddət ağ rəngə bürünüb.
NOCOMMENT.az xəbər verir ki, dağlıq rayonlar üçün xarakterik olan bu təbiət hadisəsi əsasən rayon mərkəzini və bəzi yüksəklikdə yerləşən kəndləri əhatə edib.
Yaz fəslində yüksək dağlıq zonalarda mütəmadi baş verən bu proses qısa müddət davam edib.
Sakinlər tərəfindən lentə alınan görüntülərdə dolunun ətrafa fərqli bir mənzərə bəxş etdiyi görünür.
Bundan başqa bu gün Naxçıvan Muxtar Respublikasında da güclü dolu yağıb.












