Paytaxtın əsas magistrallarından biri olan Zığ şossəsində gecə saatlarında qeydə alınan görüntülər ciddi narazılıq doğurub.
NOCOMMENT.az xəbər verir ki, heç bir qoruyucu vasitə və xüsusi geyim olmadan hərəkət edən motosiklet sürücüləri avtomobil axını arasında təhlükəli manevrlər edərək həm öz həyatlarını, həm də digər hərəkət iştirakçılarının təhlükəsizliyini sual altına qoyurlar.
Şahidlərin sözlərinə görə, gecənin sakitliyindən və yolların boş olmasından sui-istifadə edən həmin şəxslər sürət həddini dəfələrlə aşır, işıqforların qırmızı işığına və yol hərəkəti qaydalarına məhəl qoymadan yarışlar təşkil edirlər. Heç bir qoruyucu dəbilqə və ya ləvazimat taxmayan sürücülərin bu cür nümayişkaranə məsuliyyətsizliyi magistral yolda ağır qəza riskini maksimum həddə çatdırır.
Sara,











