Bakı-Sabunçu istiqamətində hərəkət edən qatarların qrafikində yubanma qeydə alınıb.
NOCOMMENT.az xəbər verir ki, bununla bağlı redaksiyanın qaynar xəttinə məlumat daxil olub.
Sərnişinlərin sözlərinə görə, hadisə Bakıxanov, Sabunçu və Zabrat stansiyaları istiqamətində baş verib. Bildirilib ki, qatar stansiyalar arasında qeyri-sabit hərəkət edib və vaqonlarda güclü yırğalanma hiss olunub.
"Qatar iki-üç stansiyanı güclə, yırğalana-yırğalana keçdi. Elə bil aşacaqdı. Daha sonra sərnişinlərə texniki problem olduğu və qatarın mənzil başına gec çatacağı bildirildi", - deyə müraciətdə qeyd olunub.












