Bakıda 11 marşrutun dayanacaqlarda saxlaması müvəqqəti dayandırılacaq

Bakıda 11 marşrutun dayanacaqlarda saxlaması müvəqqəti dayandırılacaq

Paytaxtın Puşkin küçəsinin Xaqani küçəsi ilə Nizami küçəsi arasındakı hissəsində aparılan təmir işləri ilə əlaqədar avqustun 10-da bir sıra marşrut avtobuslarının həmin ərazidə yerləşən dayanacaqlarda saxlaması müvəqqəti dayandırılacaq.

NOCOMMENT.az xəbər verir ki, sərnişinlərin avtobuslara minib-düşməsi zamanı yarana biləcək çətinlik və narahatlıq nəzərə alınaraq 1, 2, 4, 10, 20, 32, 46, 88A, 120, 120E və 125 nömrəli marşrutlar avqustun 10-da sözügedən dayanacaqlarda sərnişin götürüb-düşürməyəcək.

Avqustun 11-dən etibarən həmin marşrutlar əvvəlki qaydada sərnişinlərə xidmət göstərəcək.