Dayanacaq var, piyada zolağı yoxdur...
NOCOMMENT.az xəbər verir ki, sakinlərin sözlərinə görə, xeyli müddət əvvəl piyada zolağının olduğu ərazidən dayanacaq götürülərək yeri dəyişdirilib. Piyada zolağı isə yolun həmin hissəsində qalmaqda davam edir.
Sabunçu rayonu, Bakıxanov qəsəbəsi Şamil Kamilov küçəsinin sakinləri yaranmış problemlə bağlı "Xəzər Xəbər"in qaynar xəttinə müraciət ediblər.
Yeni dayanacağa gəlmək üçün piyadalar ya köhnə ərazidəki zolaqdan istifadə etmək üçün xeyli məsafə qət etməli, ya da bəzi piyadaların etdiyi kimi qaydanı pozaraq yolu keçməlidirlər.
Məsələ ilə bağlı Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi ilə əlaqə saxladıq. Qurumdan bildirildi ki, əraziyə baxış keçiriləcək. Bundan sonra verilən qərara uyğun olaraq addımlar atılacaq.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.












