Bakı şəhəri, Xətai rayonunda evdən oğurluq edənlər saxlanılıblar.
NOCOMMENT.az xəbər verir ki, Xətai rayonunda yerləşən evlərin birindən 9 500 manat nağd pul və qızıl-zinət əşyaları oğurlanıb.
Polis əməkdaşları tərəfindən keçirilən tədbirlərlə əməli törətməkdə şübhəli bilinən E.Quliyev, R.Qurbanov və N.Camalov saxlanılıb.
Araşdırmalar davam etdirilir. (Oxu.Az)











