Bakıda fotosessiya mübahisəsi: “Mən sənətçiyəm, sənə nə?” - VİDEO

Bakıda fotosessiya mübahisəsi: “Mən sənətçiyəm, sənə nə?” - VİDEO

Paytaxtın mərkəzində qeyri-adi geyimdə fotosessiya edən gənc xanımla ətrafdakı şəxslər arasında mübahisə yaşanıb.

NOCOMMENT.az xəbər verir ki, görüntülərdə bəzi vətəndaşların geyim tərzinə etiraz etdiyi, gənc xanımın isə “Mən sənətçiyəm, sənə nə?” sözləri ilə öz mövqeyini müdafiə etdiyi görünür.

Mübahisəyə baxmayaraq, çəkiliş yarımçıq qalmayıb. Komanda işini tamamlayıb. Hadisənin görüntüləri sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub. /baku24.info/