09:32
Azərbaycan Milli Aviasiya Akademiyasının vəzifəli şəxsi vəfat edib.
NOCOMMENT.az xəbər verir ki, akademiyanın Elmi informasiya və patent şöbəsinin müdiri Fuad Mirzəyev dünyasını dəyişib.
***
Azərbaycanda 41 yaşlı vəzifəli şəxsin ölüm səbəbi məlum olub.
Milli Aviasiya Akademiyasının Elmi informasiya və patent şöbəsinin müdiri Fuad Mirzəyev məşq etmək üçün idman zallarından birinə gedib. Fiziki hərəkətlər zamanı onun halı pisləşib. Əraziyə təcili tibbi yardım briqadası çağırılıb. Lakin həkim gələnə qədər, o, ürəktutmasından dünyasını dəyişib.













