FHN-in qüvvələri tərəfindən bayram günləri ərzində 11-i azyaşlı olmaqla 45 nəfər xilas edilib, 14 nəfər xəsarət alıb, hadisələr zamanı 13 nəfər isə həyatını itirib.
Həyatını itirən şəxslərin ölüm səbəbləri haqqında FHN-ə sorğu yönləndirdik.
Qurumun Mətbuat Xidmətindən bildirilib ki, tətil boyu FHN əməkdaşları paytaxt və bölgələrdə fasiləsiz iş rejimini davam etdiriblər.
Qeyd edilib ki, ölüm hallarının səbəbləri müxtəlif hadisələr üzrə olub. Bunlara yol-nəqliyyat qəzaları, bağlı qapı arxasında aşkar olunanlar və yanğın zamanı zərər görən şəxslər olub.












