Tanınmış futbolçular itkin düşdü

Tanınmış futbolçular itkin düşdü

İsveçin Höteborq şəhərində keçirilən nüfuzlu “Gothia Cup” gənclər futbol turnirində Efiopiyadan qatılan təxminən 20 nəfərlik nümayəndə heyəti izsiz-soraqsız yoxa çıxıb.

NOCOMMENT.az “Sweden Herald” nəşrinə istinadən xəbər verir ki, , İsveç polisləri itkin düşən şəxslərin 14-17 yaş aralığında olan yeniyetmə oğlanlar, həmçinin komandanın bir və ya bir neçə rəhbəri olduğunu açıqlayıblar.

“Göteborgs-Posten” qəzeti yazır ki, builki “Gothia Cup” turnirinin sonuncu günü məktəb inzibatçısı həmin ərazidə məskunlaşmış Efiopiya komandasının heç bir xəbərdarlıq etmədən oranı tərk etdiyini aşkar edib. Vəziyyətdən dərhal xəbər tutan turnir təşkilatçıları hüquq-mühafizə orqanlarına məlumat veriblər və polis dərhal axtarış tədbirlərinə başlayıb.

Şəhər polisinin ilkin açıqlamasına görə, həmin şəxslərin hələ də Efiopiyaya qayıtmadığı müəyyənləşdirilib. Hüquq-mühafizə orqanları baş verənlərin könüllü olaraq ərazidən uzaqlaşmaq və böyük ehtimalla sığınacaq almaq məqsədi daşıdığını ehtimal edirlər.