Bu məşhurların da övladları “İdrak” liseyində oxuyur

Bu məşhurların da övladları “İdrak” liseyində oxuyur

Fevralın 6-da Bakının Binəqədi rayonunda yerləşən özəl “İdrak” liseyinin şagirdi müəllimi güllələyib. Şagird atasına məxsus ov silahı ilə təhsil müəssisəsinə gələrək orada riyaziyyat müəllimi işləyən 1997-ci il təvəllüdlü Şəhla Kamilovaya atəş açıb. Güllə yarası alan müəllim xəstəxanaya yerləşdirilib.

Faktla bağlı Binəqədi Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanaraq ibtidai istintaq aparılır.

“İdrak” liseyi Azərbaycanda pullu orta təhsil məktəblərindən biridir və şagirdlər burada illik 10000-16500 manat ödəyirlər.

NOCOMMENT.az xəbər verir ki, bir çox məşhurların övladları da adıçəkilən liseydə təhsil alır.

Onların arasında

AMEA-nın prezidenti İsa Həbibbəylinin nəvəsi

Xalq şairi Zəlimxan Yaqubun nəvələri

Müğənni Elton Hüseynəliyevin qızları

Aparıcılar Zaur və Günay Baxşəliyevanın qızı Dilavər

Əməkdar artist Aqşin Abdullayevin oğlu Akif

Rəqqasə Fatimə Fətəliyevanın oğlu Hüseyn (Əvvəl təhsil alıb)

Müğənni Nazənin Salayevanın oğlu Orxan

Mərhum reper Hüseyn Dəryanın oğlu Cahangir Dəryanın da adı var.

Yeni sabah