Xəbər verdiyimiz kimi, Naxçıvan Dövlət Filarmoniyasının Kamera Orkestrinin bədii rəhbəri və baş dirijoru Cahangir Qurbanovun oğlu Elmir Qurbanov velosiped sürərkən su kanalına düşərək dünyasını dəyişib.
NOCOMMENT.az xəbər verir ki, bir müddət əvvəl C.Qurbanovun 7 yaşlı oğlu ilə bağlı paylaşımı diqqət çəkib.
Futbol həvəskarı olan Elmiri gələcəyin məşhur oyunçusu kimi görmək istəyən C.Qurbanov "Dünya bu adı çox eşidəcək" yazıb. /Unikal/











