Azərbaycandan aldığı əşyaya görə CƏRİMƏLƏNDİ

Azərbaycandan aldığı əşyaya görə CƏRİMƏLƏNDİ

Rusiyanın Noyabrsk şəhərində avtomobilinin salonundan ekstremist simvolika aşkarlanan sürücünü məhkəmə cərimələyib.

NOCOMMENT.az xəbər verir ki, şəhər sakini avtomobilinə səkkizguşəli ulduz formasında hava təravətləndiricisi asıb. Hüquq-mühafizə orqanlarının qiymətləndirməsinə görə, bu simvol Rusiyada ekstremist hesab edilən AUE hərəkatının atributlarından biridir.

Sürücü məhkəmədə ifadəsində bildirib ki, həmin hava təravətləndiricisini 2025-ci ildə Azərbaycanda olarkən alıb. O, səkkizguşəli ulduzun kriminal aləmlə əlaqələndirildiyini bildiyini etiraf edib. Lakin təravətləndiricinin qoxusunu çox bəyəndiyi üçün onu avtomobilində saxlamaq qərarına gəlib.

Nəticədə məhkəmə sürücünü inzibati məsuliyyətə cəlb edərək cərimə tətbiq edib./lent.az/